
Məşhur bloqqer 3 yeni iPhone modelinin əks olunduğu videonu paylaşdı
Elm & Texnologiya
09.08.2018
Emil
Amerikalı məşhur İT bloqqer Marques Brownlee öz YouTube
kanalında bu il Apple tərəfindən təqdim olunacaq 3 ədəd iPhone modelinin əks
olunduğu videonu paylaşıb. Bloqqerin sözlərinə əsasən onun əlində 5.8 inç OLED
ekranlı iPhone X, 6.5 inç OLED ekranlı iPhone X Plus və 6.1 inç maye kristalik
ekranlı iPhone 2018 modellərinin dəqiq maketləri var. Məlumata əsasən bu ilki
iPhone modellərinin ekranlarında olacaq çıxıntı hissə eyni ölçüdə olacaq. İlk
iki iPhone modeli öz aralarında sadəcə olaraq ekran ölçüsünə görə fərqlənəcək.
Onlar qızılı, ağ və qara rənglərdə satışa çıxacaqlar. 6.1 inç maye kristallik
ekrana sahib büdcəli iPhone modeli isə daha çox rəng variantında təqdim
olunacaq. Bununla yanaşı büdcəli model bir ədəd arxa kamera, şüşədən
hazırlanmış korpus və Face ID texnologiyası ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər