Məşhur insayder: 'Galaxy S11 indiyənə kimi heç kimin görmədiyi bir özəlliyi əldə edəcək'

Məşhur insayder: 'Galaxy S11 indiyənə kimi heç kimin görmədiyi bir özəlliyi əldə edəcək'

Texnologiya
27.08.2019 PAYLAŞIM

    Ice Universe ləqəbi ilə tanınan məşhur insayder Galaxy S11 barəsində ilk məlumatı verib. Onun sözlərinə əsasən Samsung şirkətinin növbəti flaqman smartfonu heç kimin indiyənə kimi görmədiyi funksiyanı əldə edəcək. Bununla yanaşı sözügedən smartfon mobil fotoqrafiyaya həvəsi olanlar üçün çox maraqlı olacaq. Bu barədə 4pda saytı xəbər verib.

    “Galaxy S11-in kamerasında indiyənə kimi heç bir smartfonda olmamış bir özəllik olacaq. Əgər sizin üçün smartfon kamerası önəmlidirsə Galaxy Note 10-dan yan keçin” - deyə insayder qeyd edib. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy S11 ətraf mühitin dəqiq 3D skanı üçün ToF kamera modulunu, yüksək piksel göstəricisini və daha böyük optik zoomu əldə edəcək. Lakin bütün bu özəlliklər bir çox smartfonlarda mövcuddur.


    İnsayderin sözlərinə inansaq, Samsung şirkəti nəsə yeni br şey hazırlayır. Galaxy S11 kamerasında istifadə oluna biləcək əsas özəlliklərdən biri də Corning şirkətinin Gorilla Glass maye linzaları ola bilər. Həmin linzaların əsas özəllikləri isə ondan ibarətdir ki, onlar öz formalarını dəyişə bilərlər. Bu isə smartfonun foto və video çəkilişi imkanlarını genişləndirə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×