
Məşhur müəllifin rəqəmsal kriptoəsəri 69 milyon dollara satılıb
Elm & Texnologiya
12.03.2021
Emil
Bir neçə müddət bundan öncə 10 saniyəlik video 6.6 milyon dollara satılmışdı. İndi isə həmin videonun Beeple ləqəbi ilə tanınan müəllifi yeni rekorda imza atıb. Belə ki, onun “The First 5000 Days” adlı kriptoəsəri Christie’s online hərracında 69 milyon dollara satılıb. Maraqlısı ondadır ki, hələ keçən ilin oktyabr ayında sözügedən kollaj fotonun dəyəri 100$ təşkil edirdi. NFT blockchain texnologiyası vasitəsilə imzalanmış əsərlər son həftələr ərzində çox məşhurlaşıblar. Əvəz edilməyən bu tokenlər unikal fayllardır. Onlar rəqəmsal sənət əsərinə olan mülkiyyət hüququnu təsdiqləyirlər və daha sonra bu sertifikatı satmağa imkan verirlər.
“The First 5000 Days” adlı kriptoəsər:

Online hərracın məlumatına əsasən satılmış yeni kriptoəsər Beeple ləqəbli müəllifi həyatda olan və ən çox qazanan 3 rəssamın siyahsına daxil edir. Online hərracın təmsilçiləri kriptoəsəri əldə etmiş şəxsin adını açıqlamaqdan imtina ediblər. Lakin şayiələrə əsasən kriptoəsəri əldə etmiş şəxs Tron adlı kriptovalyuta platformasının təsisçisi Justin Sun-dır. Beeple ləqəbli müəllifin rəqəmsal sənət əsərlərinə bu dərəcədə böyük maraq onunla izah olunur ki, “Everydays” layihəsi çərçivəsində o, hər gün yeni əsər yaradır və bu proses artıq 14 ildir davam edir. Sosial şəbəkələrdə onun artıq 2.5 milyon abunəçisi var.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
