main-post-cover

    Məşhur şirkətin serverlərində Facebook istifadəçiləri barəsində milyonlarla məlumat aşkar edilib

    Elm & Texnologiya
    04.04.2019
    Farid Pardashunas
        Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən UpGuard şirkətinin tədqiqatçıları Amazon şirkətinin serverlərində Facebook istifadəçiləri barəsində 540 milyon məlumatdan ibarət open source məlumatlar bazası aşkar ediblər. Bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Bu məlumatları isə Meksikanın Cultura Colectiva adlı mediaşirkəti yığıb. Bu şirkət sosial şəbəkələr üçün material hazırlamaqla məşğuldur.
        Məlumatlar bazasında Facebook istifadəçilərinin hesablarının adları, identifikasiya nömrələri, şərhləri və paylaşımlara göstərdikləri reaksiyaları yerləşib. Bloomberg jurnalisltəri Amazon şirkəti ilə əlaqə yaradandan sonra həmin məlumatlar bazası bağlanıb. UpGuard şirkətinin tədqiqatçıları həmçinin özündə 22.000 istifadəçinin şifrələrini, elektron poçt ünvanlarını və adlarını saxlamış At the Pool adlı tətbiqi də aşkar ediblər. Yaxşı xəbər ondan ibarətdir ki, sözügedən tətbiq çoxdandır ki, çalışmır. Lakin sözügedən istifadəçi məlumatlarının nə qədər müddət bu tətbiqdə open source şəklində qaldıqları bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər