Meta eynəkləri artıq xüsusi stend üzərində enerji yığacaq
Elm & Texnologiya
24.06.2026
Sevinj
Meta ağıllı eynəklər üçün yeni enerji doldurma aksesuarını təqdim edib. "Meta Charging Stand" adlanan stend istifadəçilərə eynəklərini masa və ya yataq otağındakı stendin üzərində saxlayaraq eyni zamanda enerji doldurma imkanı yaradır.
59 dollar qiymət etiketi ilə satışa çıxarılan aksessuar paslanmayan poladdan hazırlanıb və alt hissəsində sürüşmənin qarşısını alan silikon örtük yerləşdirilib. Stendin üzərindəki LED indikator enerji doldurulması zamanı narıncı, proses tamamlandıqda isə yaşıl rəngdə yanır.
Meta-nın məlumatına görə, stend vasitəsilə ağıllı eynəkləri tam doldurmaq təxminən bir saatdan bir qədər çox vaxt aparır. Cəmi 20 dəqiqəlik enerji yığımı isə batareyanın 50 faizə qədər dolmasına imkan verir. Yeni aksesuar bəzi modellərlə uyğun olmasa da, Ray-Ban Wayfarer, Skylar və Headliner modelləri, eləcə də Meta-nın yeni büdcəseqmentli ağıllı eynəkləri tərəfindən dəstəklənir. Bununla belə, Ray-Ban Display və Oakley Meta Vanguard modelləri stendlə işləmir.
Portativ enerji doldurma qutusundan fərqli olaraq, Charging Stand daim USB-C kabelinə qoşulu vəziyyətdə işləyir. Buna görə də Meta yeni məhsulu ev və ya ofisdə sabit istifadə üçün nəzərdə tutulmuş aksesuar kimi təqdim edir.
Paylaş