
Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
Elm & Texnologiya
17.02.2025
Emil
Meta süni zəka əsasında insanabənzər robotlar hazırlamaq üçün yeni şöbəsini yaradır. Bu robotlar insanlara fiziki tapşırıqları yerinə yetirməkdə kömək edə biləcək. Bu barədə Reuters saytı cümə günü şirkətin daxili sənədinə istinadən məlumat verib. Beləliklə, Meta humanoid (insanabənzər) robot texnologiyası bazarında rəqabətə qoşulur və artıq bu sahədə fəaliyyət göstərən NVIDIA kimi şirkətlərə rəqib olur.

Meta-nın texniki direktoru Andrew Bosworth xidməti qeyddə bildirib ki, robotics məhsul qrupu insanabənzər istehlakçı robotlarının tədqiqat və inkişafına yönələcək. Məqsəd Llama platformasının potensialını maksimum dərəcədə istifadə etməkdir. Llama - Meta-nın əsas AI foundation model seriyasıdır və süni zəkanın sosial şəbəkə platformalarında istifadəsi üçün genişləndirilən məhsul çeşidini dəstəkləyir. Bu qrupa Cruise şirkətinin keçmiş baş direktoru Mark Whitten rəhbərlik edəcək.
Bloomberg-in Bosworth-un xidməti qeydinə istinadən verdiyi məlumata görə, Meta onu bu vəzifəyə təyin edib. İri texnologiya şirkətləri və startaplar istehsalat, logistika və məişət tapşırıqlarını yerinə yetirə biləcək süni zəka əsaslı robotların inkişafına milyardlarla dollar investisiyalar yatırırlar. Lakin bu sahədə irəliləyiş ləng şəkildə gedir. Tədqiqatçılar müəyyən ediblər ki, dil sahəsində əldə edilən süni zəka nailiyyətləri və çat-botların inkişafı həmişə fiziki dünyanı anlamağa kömək etmir.
Mənbə: Reuters
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
