main-post-cover

    'Microsoft' əməkdaşı prezentasiya zamanı Edge yerinə Chrome brauzerindən istifadə edərək hamının gülüşünə səbəb oldu (VİDEO)

    Elm & Texnologiya
    01.11.2017
    Farid Pardashunas
    Microsoft Ignite adlı tədbirdə çox maraqlı hadisə baş verib.
    Belə ki, müştərilərə Microsoft Azure bulud platformasının imkanlarını prezentasiya etmiş şirkət əməkdaşı elə prezentasiya vaxtı Edge brauzerini söndürərək Chrome brauzerini kompüterə quraşdırıb. Burda ən gülməli an isə şikrkət əməkdaşının öz reaksiyası olub. Edge lazımi səhifəni yükləməyi dayandırıb ilişəndən sonra həmin şəxs deyir: “Mən bilirəm, mən bilirəm bu cinayətdir”.
    Daha sonra o, axtarış bölməsinə Chrome brauzerini yükləmək üçün daxil olur. Növbəti anda isə o, zarafat edərək “Google”a kömək etmək istəmədiyini deyir və “səhvlər haqqında hesabatların Google-a göndərilməsi” bölməsinin üzərindən işarəni qaldırır. Bütün bunlara zaldakı insanlar sadəcə olaraq gülərək və əl çalaraq reaksiya verirlər. Bütün bunlara aşağıda təqdim olunmuş videoda 37-ci dəqiqədən sonra baxa bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər