
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Elm & Texnologiya
16.11.2023
Emil
Microsoft şirkəti özünün Cobalt 100 və Maia 100 adlı fərdi çiplərini təqdim edib. Cobalt 100 adlı çip bulud proseslərin hesablamaları üçün, Maia 100 adlı çip isə generativ süni zəka sistemlərinin təlimatlandırılmaları üçün nəzərdə tutulub. Cobalt 100 Arm Neoverse CSS arxitekturası əsasında hazırlanmış 128 nüvəli çipdir. O, Azure bulud servisləri ilə çalışmaq üçün nəzərdə tutulub. Hal hazırda Microsoft sözügedən prosessoru Microsoft Teams və SQL serverlər kimi iş proseslərində test edir.

Maia 100 isə öz növbəsində generativ süni zəka sistemlərinin təlimatlandırılmaları və böyük dil modellərinin tərtib edilmələri kimi proseslər üçün nəzərdə tutulub. Maia 100 çipi TSMC şirkətinin 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə 105 milyard tranzistoru birləşdirir. Hal hazırda Microsoft Maia 100-ü GPT 3.5 Turbo süni zəka sistemi üzərində test edir. Şirkət tərəfindən təqdim edilmiş bu fərdi çiplər gələn il işə salınacaqlar.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
