main-post-cover

    Microsoft şirkəti Edge brauzerindən imtina edəcək və onu yeni brauzer ilə əvəz edəcək

    Elm & Texnologiya
    04.12.2018
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 10 əməliyyat sistemində Edge adlı brauzeri təqdim etməklə əvvəlki əməliyyat sistemi versiyalarındakı Internet Explorer brauzerinin acı taleyindən qurtulmaq istəyirdi. Microsoft şirkəti Edge brauzerini özünün EdgeHTML mühərriki əsasında hazırlamışdı. Lakin 3 il ərzində sözügedən brauzer şirkət tərəfindən gözlənilən məşhurluğu qazana bilmədi. Beləliklə insayderlərin verdikləri məlumatlara əsasən şirkət Chromium mühərriki əsasında özünün yeni brauzeri üzərində çalışır.
        Məlumata əsasən şirkətin yeni brauzeri Anaheim kod adına sahibdir. Microsoft şirkətinin yeni brauzerdə Edge adını saxlayacağı və ya ondan tamamilə imtina edəcəyi barəsində dəqiq bir məlumat yoxdur. Lakin EdgeHTML -in yaxın zamanda tarixdə qalacğı dəqiqdir. Chromium-a keçid isə öz növbəsində bəzi saytlar və veb tətbiqlər ilə olan uyğunlaşma problemini aradan qaldırmağa imkan verə bilər. Belə ki, günümüzdə bir çox tərtibatçılar əsasən WebKit-ə (Google ChromeSafari kimi məşhur brauzerlərdə istifadə olunur) üstünülük verirlər.
        Microsoft Edge brauzerinin mobil versiyası ilk əvvəldən Android üçün Chromium əsasında, iOS üçün isə WebKit əsasında hazırlanmışdı. Şirkətin tərtibatçıları həmçinin Chromium-un inkişafında da aktiv şəkildə iştirak edirlər. Anaheim kod adına sahib yeni brauzerin çıxış tarixi barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, onu gələn ilin yaz fəslində təqdim olunacaq növbəti Windows 10 yenilənməsində istifadəyə verəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər