main-post-cover

    Microsoft şirkəti öz antivirus tətbiqinin Android və iOS versiyaları üzərində çalışır

    Elm & Texnologiya
    22.02.2020
    Farid Pardashunas
        Microsoft şirkətinin portfoliosuna təkcə Windows ilə Office paketi daxil deyil. Şirkətin digər bir məhsulu isə Microsoft Defender adlı antivirusdur. Qeyd etmək lazımdır ki, antivirus məhsullarının keyfiyyətlərini qiymətləndirən AV-Test adlı təşkilatın mütəxəssislərinin fikrincə Microsoft Defender hal hazırda antivirus bazarında ən yaxşılarından biridir.
        Yaxın zamanda isə smartfon istifadəçiləri sözügedən antivirusdan istifadə edə biləcəklər. Belə ki, Microsoft şirkəti öz antvirusunun Android iOS versiyalarını hazırlayr. Bu barədə Cnet saytı xəbər verib. Şirkət elan edib ki, o, Defender Advanced Threat Protection-un mobil əməliyyat sistemləri üçün olan versiyası üzərində çalışır.
        Antivirus tətbiqinin smartfonlar üçün olan versiyası özündə təhlükəli səhifələrin yüklənməsinin dayandırılması və smartfonların fişinq hücumlardan qorunması kimi özəllikləri birləşdirəcək. Qeyd etmək lazımdır ki, şirkət artıq Defender TP-ni Windows və macOS üçün təqdim edib. Antivirusun mobil versiyalarının nə zaman istifadəyə veriləcəyi barəsində məlumatı isə şirkət daha sonra təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər