main-post-cover

    Microsoft şirkəti Surface seriyasının yeni noutbook və planşet modellərini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    03.10.2018
    Farid Pardashunas
        Microsoft şirkəti xüsusi tədbir keçirdərək özünün texnoloji yeniliklərini təqdim etdi. Belə ki, şirkət Surface Pro 6 planşetini, Surface Laptop 2 noutbookunu, Surface Studio 2 monoblokunu və Cortana səsli köməkçisinə sahib Surface Headphones qulaqlıqlarını təqdim edib.
    Microsoft Surface Pro 6:
        Microsoft Surface Pro 6 planşetinin dizaynında heç bir dəyişiklik yoxdur. Bu baxımdan o, əvvəlki modelə bənzəyir. Əsas dəyişikliklər yeni modelin texniki özəlliklərindədir. Veriyasından asılı olaraq planşet Intel Core i5 və 8-ci nəsil Core i7 prosessoru ilə təchiz olunub. Bundan əlavə olaraq planşetlər təkmilləşdirilmiş soyuducu sisteminə də sahibdirlər. Şirkətin verdiyi məlumata əsasən yeni model əvvəlkindən 67% daha sürətlə çalışır. Planşet 8/16 GB RAM və 128 GB ilə 1 TB daxili yaddaş həcmlərinə sahibdir. Planşet həmçinin 2736x1824 piksel keyfiyyətli 12.3 inç ekranla təchiz olunub.

        Planşetin ekranı eyni anda 10 barmaq toxunuşunu təyin edə bilir. Surface Pro 6 Surface Connect, Surface Type Cover, USB 3.0 Type-A, audiogiriş və microSDXc girişləri ilə təchiz olunub. Əvvəlki məkumat sızıntılarına baxmayaraq planşet USB Type-C girişi əldə etməyib. Planşetin arxa panelində 8 MP-lik, ön panelində isə 5 MP-lik kamera var. Təqdimat zamanı planşetin hansı həcmdə batareyaya sahib olduğu bildirilməsə də, tərtibatçıların sözlərinə əsasən planşet 13.5 saat çalışmaq özəllyinə sahibdir. Core i5 prosessoruna, 8 GB RAM-a və 128 GB daxili yaddaşa sahib versiyanın qiyməti 899$-dan başlayacaq və 16 Oktyabr tarixində satışa çıxacaq.

    Microsoft Surface Laptop 2:

        Şirkətin verdiyi məlumata əsasən Surface Laptop 2 noutbooku əvvəlki modeldən 85% daha sürətlə çalışır. Belə ki, yeni model 8-ci nəsil Intel Core prosessorları ilə təchiz olunub. Baza versiyalı noutbook Intel Core i5 prosessoru, 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunub. Flaqman model isə Intel Core i7 prosessoru, 16 GB RAM və 1 TB daxili yaddaş ilə təchiz olunub. Noutbook 2256x1054 piksel keyfiyyətli 13.5 inç ekrana, USB 3.0 Type-A girişinə, audiogirişə və DisplayPort videoçıxışına sahibdir. Qeyd etmək lazımdır ki, noutbookun da batareya həcmi barədə heç bir məlumat verilməyib. Sadəcə məlumdur ki, o, 14.5 saata kimi çalışmaq özəlliyinə sahibdir. Noutbookun yalnız baza versiyasının qiyməti hələki məlumdur. Beləliklə Core i5 prosessoruna, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 999$ qiymətinə satılacaq və 16 Oktyabr tarxində satışa çıxacaq.

    Microsoft Surface Studio 2:

        Şirkət həmçinin sensorlu ekrana sahib monoblok seriyasını da yeniləyib. Beləliklə Surface Studio 2 4500x3000 piksel keyfiyyətli 28 inç ekranla təchiz olunub. Monoblokun ekranı eyni anda 10 barmaq toxunuşunu təyin edə bilir və Surface Pen stilusunu dəstəkləyir. Monoblokun komplektində həmçinin naqilsiz klaviatura və mouse da var. Monoblokun xüsusi dayaq konstruksiyası ondan planşet kimi istifadəyə imkan verir. Texniki özəlliklərə gəldikdə isə Surface Studio 2 Intel Core i7-7820HQ prosessoru, 16/32 GB RAM, 6 GB NVIDIA GeForce GTX 1060/8 GB NVIDIA GeForce GTX 1070 videokartı və 1/2 TB daxili yaddaş həcmi ilə təchiz olunub. Cihazın ön panelində 5 MP-lik kamera və iki mikrofon yerləşir. Cihaz həmçinin USB 3.0 Type-A, SDXC microSD kart və USB Type-C girişlərinə sahibdir. Monoblok eyni anda 2 əlavə monitorun qoşulmağını da dəstəkləyir. Yeni modelin ekranı əvvəlki versiyadan fərqli olaraq 38% daha parlaq olub. Versiyasından asılı olaraq Surface Studio 2-nin qiyməti 3499$-dan başlayır. Onun satışa çıxma tarixi barəsində isə heç bir məlumat verilməyib.

    Microsoft Surface Headphones:

        Heç gözlənilmədən şirkət öz təqdimatında Surface Headphones adlı naqilsiz qulaqlıqları da təqdim etdi. Bu qulaqlıqlar küyün boğulması funksiyasına və Cortana səsli köməkçisinə sahibdir. Qulaqlıq 40 millimetrlik səsgücləndiricilər və 4 mikrofon ilə təchiz olunub. Qulaqlığı şarj etmək üçün USB Type-C girişindən istifadə olunur. Bundan əlavə olaraq qulaqlıq Windows 10, Android, iOSmacOS əməliyyat sistemləri ilə çalışan istənilən cihazı dəstəkləyir. Bu sistemlər əsasında çalışan cihazlara qoşulma iə Bluetooth 4.2 ilə reallaşdırılır. İstifadəçi qulaqlığı çıxardan zaman musiqi avtomatik olaraq dayanır, istifadəçi onu yenidən taxandan sonra isə musiqi yenidən işə düşür. Bir dəfə şarj olunandan sonra Surface Headphones 15 saat çalışa bilir. Bununla belə naqilli cihazlara üstünlük verən istifadəçilər üçün qulaqlıqda həmdə 3.5 mm-lik audiogiriş bölməsi də var. Surface Headphones-un satışlarına bu il start veriləcək və onun qiyməti 350$ təşkil edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər