Microsoft şirkəti Windows 7-nin dəstəyini tamamilə dayandırdı

Microsoft şirkəti Windows 7-nin dəstəyini tamamilə dayandırdı

Texnologiya
14.01.2020 PAYLAŞIM

    10 ildən çox idi ki, Microsoft şirkəti Windows 7 əməliyyat sistemi üçün yeniliklər və təhlükəsizlik patchları təqdim edirdi. Lakin bugün şirkət 2009-cu ildə təqdim edilmiş əməliyyat sisteminin dəstəyini dayandırır. Beləliklə şirkət istifadəçilərə tamamilə yeni Windows versiyasına keçid etmələrini məsləhət görür. Sözügedən əməliyyat sisteminin dəstəyinin dayandırılmasına baxmayaraq Windows 7 vasitəsilə çalışan kompüter və noutbuklar öz işlərini davam etdirə biləcəklər. Buna baxmayaraq Microsoft istifadəçilərə Windows 10-a keçid etmələrini məsləhət görür. Maraqlısı ondadır ki, bununla yanaşı şirkət həmçinin istifadəçilərə öz kompüterlərini yeniləməyi də məsləhət görür.

    “Siz, Windows 7-li kompüterdən istifadəni davam etdirə bilərsiniz. Lakin proqram təminatı və təhülkəsizlik sistemi yenilənmələri olmadan siz viruslar və zərərli proqram təminatları üçün qurbana çevrilə bilərsiniz. Nəticə etibarilə bu cür hallardan qorunmağın ən yaxşı yolu məhz Windows 10-a keçməkdir. Windows 10-nun bütün üstünlüklərini yeni cihazlarda sınayın. Baxmayaraq ki, siz, Windows 10-u öz köhnə cihazlarınıza quraşdıra bilərsiniz, biz bunu məsləhət görümürük” - deyə şirkətin mətbuat xidməti qeyd edib.


    Qeyd etmək lazımdır ki, 29 iyul 2016-cı l tarixinə kimi leqal köhnə əməliyyat sistem (Windows 7.88.1) istifadəçiləri Windows 10-a pulsuz şəkildə keçid edə bilərdilər. Lakin indi Windows 10-a keçid etmək üçün əməliyyat sisteminin lisenziyasını almaq lazımdır. Statistikaya əsasən 2019-cu ilin sonunda Windows 7-nin əməliyyat sistemləri bazarındakı payı 26.64% təşkil edirdi. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər..

Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları il..


SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə..

Görünür, SpaceX şirkəti Starship kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzə..


Apple yenilənmiş Face ID texnologiyasının patentini əldə edib

ABŞ-ın patentlər üzrə təşkilatı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib...


Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru t..

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensi..


Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion bata..

İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası..


Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu t..

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib.

×