main-post-cover

    Microsoft şirkəti Word tətbiqinə süni zəka funksiyasını əlavə edəcək

    Elm & Texnologiya
    07.05.2019
    Emil Nəcəfov
        Tərtibatçılar üçün nəzərdə tutulmuş Build 2019 konfransı çərçivəsində Microsoft şirkəti elan etdi ki, o, Word tətbiqinə süni zəka funksiyasını əlavə edəcək. Həmin funksiya yazılarda olacaq təkcə qrammatik səhvləri deyil həm də tərz səhvlərini də düzəldəcək. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Yeni funksiya “Ideas” adlanır və hələki Word tətbiqinin online versiyası üçün hazırlanır.
        Yazılarda ola biləcək qrammatik səhvlərin düzəldilməsindən əlavə olaraq həmin funksiya hansısa sözün yenidən yazılmasını, sinonimini və ya alternativ variantını təklif edəcək. Bundan əlavə olaraq neyron şəbəkəsi abreviaturaların mənalarını izah edə biləcək və oxucunun maksimal komfortu üçün mətndə olacaq vacib hissələri ayıracaq.
        Bu funksiya tərəfindən təqdim ediləcək bütün məsləhətlər mütəmadi olaraq süni zəkanın təkmilləşdirilməsi sayəsində yaxşılaşdırılacaq. Ideas funksiyasının testinə Office 365 abunəçiləri bu ilin iyun ayında start verəcəklər. Sözügedən funksiyanın tam versiyasının təqdimatı isə bu ilin payız fəslinə planlaşdırılır. Yeni funksiyanın ingilis dilindən başqa dilləri də dəstəkləyib-dəstəkləməyəcəyi barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala