Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Elm & Texnologiya
23.09.2024
Emil Nəcəfov
Son zamanlarda mikroplastik tullantılar barəsində olduqca tez-tez xəbərlər ortaya çıxır. Bunun isə ciddi və qorxuducu səbəbi var. Mütəxəssislərin fikirlərinə əsasən suyun, qurunun, heyvanların və insanların orqanizmlərinin mikroplastik ilə çirklənməsi miqyası düşünüldüyündən daha böyük ola bilər. Mikroplastik tullantılar günümüzdə ən ciddi ekoloji problemlərdən birinə çevrilib. Onlar daha böyük ölçülü plastik tullantıların parçalanmaları sayəsində və ya digər şərtlər çərçivəsində ortaya çıxırlar. Bu mövzuda aparılmış 7000-dən çox tədqiqatın analizindən sonra mütəxəssislər mikroplastik tullantılar barəsində heç də ürəkaçan olmayan nəticəyə gəliblər.
Alimlər hələ də plastikin hansı sürətlə mikroplastikə, mikroplastikin isə hansı sürətlə nanoplastikə parçalandığını bilmirlər. Mikroplastik tullantılara artıq dünyanın istənilən nöqtəsində rast gəlmək mümkündür. Həm suda həm də quruda. Son hesablamalara əsasən hər il dünya okeanına 0.8 milyon tondan 3 milyon tona kimi mikroplastik tullantı daxil olur. Ölçüləri 5 mm-dən daha kiçik olan bu hissəciklər balıqlar və quşlar da daxil olmaqla 1300 növ heyvanda aşkar edilib. Artıq sübut edilib ki, dəniz heyvanlarının orqanizmlərindəki plastik tullantılar onların həzm proseslərinə mənfi təsir göstərir.
İnsan orqanizmi də bu cür tullantılardan sığortalanmayıb. Belə ki, mikroplastik hissəciklər qəbul etdiyimiz qidada və suda artıq mövcuddurlar. Mikroplastik hissəciklərlə çirklənmə prosesi ətraf mühit çərçivəsində təbii şəraitdə baş versə də, bu proses həmçinin qida məhsullarının emalı, qablaşdırılması və daşınması çərçivəsində də baş verə bilər. Mütəxəssislər artıq insanın müxtəlif orqanlarında mikroplastik hissəciklərə rast gəliblər. Ağciyərlər, qaraciyər, böyrəklər və hətta beyin. Mikroplastik hissəciklərin bir hissəsi təbii yollarla orqanizmdən çıxsa da, digər hissəsi orda qalmaqda davam edir.
Mikroplastik hissəciklərin isə uzunmüddətli perspektivdə orqanizmə hansı təsirləri göstərəcəkləri tam aydın deyil. Lakin bu istiqamətdə araşdırmalar hələ davam edir. Artıq bütün dünya üzrə müxtəlif dövlətlər plastik materiallardan istifadə mövzusunda məhdudiyyətlər təyin etməyə başlayıblar. Lakin mütəxəssislər bildiriblər ki, bu səylər kifayət deyil. Onlar hesab edirlər ki, BMT-nin plastik materiallar ilə bağlı qlobal sazişi səviyyəsində hüquqi razılaşma əldə edilməlidir. Qeyd etmək lazımdır ki, BMT-nin bu sazişi plastik materialların istehsalının məhdudlaşdırılmasına və ətraf mühitin mikroplastik tullantılar ilə çirklənməsinə qarşı mübarizəyə istiqamətlənib. Hələ bir neçə müddət bundan öncə aparılmış tədqiqata əsasən mövcud tendensiyaların qorunub saxlanması və hətta plastik tullantı həcmlərinin azaldılması halında belə 2040-cı ilə kimi mikroplastik tullantıların həcmi 2 dəfə böyüyə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Hələ bir neçə müddət bundan öncə aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, ölçüləri 5 mm-dən daha kiçik olan plastik hissəciklər (mikroplastik) insan beynində çoxlu miqdarda yığıla bilirlər.
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içdiyimiz sudan mikroplastikləri çıxarmaq üçün effektiv və sadə üsul kəşf ediblər.
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı.
Bir insanın orqanizminə hər həftə kredit kartı qədər mikroplastik hissəcik daxil olur
Bir insanın orqanizminə hər həftə kredit kartı qədər mikroplastik hissəcik daxil olur
Plastik tullantıların çox kiçik fraqmentləri hətta bizim bundan xəbərdar olmadığımız halda da hər gün bədənimizə daxil olurlar. Bununla belə söhbət, plastik fraqmentlərin təkcə qida və içki vasitəsilə deyil, həmçinin adi tənəffüs zamanı da orqanizmə daxil olmalarından gedir.
Mikroplastikin insan orqanizminə dəri üzərindən daxil olduğu müəyyən edilib
Mikroplastikin insan orqanizminə dəri üzərindən daxil olduğu müəyyən edilib
Mikroplastikin insan həyatına göstərdiyi təhlükə artıq dəfələrlə müzakirə edilib. İndi isə alimlər mikroplastikin insan orqanizminə necə sadə üsul ilə daxil ola biləcəyini öyrəniblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!