main-post-cover

    Mobil gamerlər üçün nəzərdə tutulmuş yeni orta büdcəli Snapdragon 732G prosessoru təqdim edilib

    Elm & Texnologiya
    01.09.2020
    Farid Pardashunas
        Snapdragon 730G-dən sonra Qualcomm şirkəti onun daha təkmilləşdirilmiş versiyası Snapdragon 732G-ni təqdim edib. Təqdim edilmiş yeni prosessor mobil gamerlər üçün nəzərdə tutulub. Orta büdcəli smartfonlar üçün yaradılmış bu prosessor Snapdragon 730G-dən ilk növbədə yenilənmiş qrafik özəlliklər ilə fərqlənir. Qualcomm-un verdiyi məlumata əsasən yeni prosessorda olan Adreno 618 qrafik çipi mobil oyunların performanslarını 15% yüksəldir.
        Bununla yanaşı Snapdragon 732G-nin mərkəzi prosessoru olan Kryo 470 Prime da təkmilləşdirilməyə məruz qalıb. Belə ki, mərkəzi prosessorun tezliyi 2.2 GHz-dən 2.3 GHz-ə kimi yüksəldilib. Bunlardan əlavə olaraq yeni prosessor həmçinin Snapdragon Elite Gaming-in bəzi özəlliklərini dəstəkləyir. Onların arasında Qualcomm Game Jank Reducer, True HDR, Vulkan 1.1 qrafik drayveri, HDR10 HLG var.
        Snapdragon 732G prosessoru Quad HD+ ekranlı smartfonlarda çalışmaq imkanına sahibdir. Prosessorda olan Snapdragon X15 LTE modemi isə Wi-Fi 6 ilə Bluetooth 5.1-i dəstəkləməklə yanaşı həmçinin 4-cü nəsil AI Engine prosessorunu və Hexagon 688 DSP-ni əldə edib. Sözügedən Snapdragon 732G-ni əldə edəcək ilk smartfon modeli isə Poco X3 olacaq. Qeyd etmək lazımdır ki, bu smartfon 7 sentyabr tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər