main-post-cover

    Moto G5S Plus-ın yeni vizualları sızdırldı!

    Elm & Texnologiya
    17.07.2017
    Orxan Jafarli
    Son dövrün sızıntılar mövzusunda dayanmaq bilməyən smartfon telefonu  “Motorola” Moto G5S Plus-ın bu gün də  yeni vizualları ortaya çıxdı.

    Smartfon telefon bazarı bu sürətlə böyüməyə davam etdiyi müddətcə, yeni təqdim ediləcək cihazlar haqqında da saysız sızıntılar yaşanacağı qətidir. Bu gün ortaya çıxan xəbərlərlə birlikdə keçdiyimiz aylarda ortaya çıxan cihazın ilk görüntüləri də bir cür təsdiqlənmiş oldu deyilə bilər. Çünki cihazın ön və arxa üzünü rahatlıqla görə bildiyimiz iki fərqli vizual paylaşıldı.


    Cihazın texniki xüsusiyyətləri mövzusunda isə Snapdragon 625 prosessor5.5 inç-lik Full HD ekrana sahib olacağının iddia edildiyini ifadə edə bilərik.
    Moto G5S Plus-ın daxili yaddaşı sahəsi isə 64 GB olaraq təyin olunmuş vəziyyətdədir və bunun xaricində hər hansı bir yaddaş kartı dəstəyi təqdim edib etməyəcəyi haqında məlumat yoxdur.
    Son olaraq da cihazın arxa üzündə fotoşəkildə də görə biləcəyiniz kimi 13 MP-lik iki ədəd kamera olacağını  və 8 MP-lik selfie kamerasının da Moto G5S Plus ilə istifadəçilərə təqdim ediləcəyini ifadə edək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər