main-post-cover

    Motorola Edge+ flaqman smartfonunun press-render fotoları təqdim olundu

    Elm & Texnologiya
    17.03.2020
    Farid Pardashunas
        Dünən Motorola şirkətinin Motorola Edge smartfonunun real fotoları ilə texniki özəllikləri ortaya çıxmışdı. İndi isə məşhur insayder Evan Blass, Motorola Edge+ flaqman smartfon modelinin press-render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayder tərəfindən təqdim edilmiş fotolar smartfon barəsində əvvəlki məlumat sızıntılarını təsdiqləyib.
        Belə ki, Motorola Edge+ smartfonu kənarları əyilmiş ekrana sahib olacaq. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Smartfonun arxa panelində isə dörd kamera modulu olacaq və modullardan biri 108 MP-lik olacaq. Bundan əlavə olaraq render fotolardan da görmək olar ki, smartfonun aşağı hissəsində USB-C girişi, SIM kart girişi, yuxarı hissəsində isə 3.5 mm-lik audiogiriş olacaq.
        Son məlumat sızıntılarına əsasən Motorola Edge+ smartfonu 2340x1080 piksel keyfiyyətli OLED ekran, Snapdragon 865 prosessoru, 5G modem, 8/12 GB RAM və sürətli şarj texnologiyalı 5169 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Şirkətin yeni flaqman smartfon modelinin nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər