Motorola-nın yeni flaqman smartfon modelinin adı məlum oldu

Motorola-nın yeni flaqman smartfon modelinin adı məlum oldu

Texnologiya
24.01.2020 PAYLAŞIM

    Keçən ilin sonunda Motorola şirkəti qeyd etmişdi ki, o, 2020-ci ildə flaqman smartfon seqmentinə geri qayıdacaq. İndi isə internetdə şirkətin yeni flaqman smartfon modeli barəsində ilk məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur insayder Evan Blass-ın verdiyi məlumata əsasən şirkətin yeni flaqman smartfonu Motorola Edge+ adını əldə edəcək.

    Smartfon ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq. Smartfonun özü isə eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatorunda satılacaq. Motorola Edge+ smartfonu Snapdragon 865 prosessoru ilə təchiz olunmalıdır. Sözügedən prosessor 5G şəbəkə dəstəkli modem ilə birlikdə quraşdırılacaq. Bu isə o deməkdir ki, Motorola Edge+ smartfonu da 5G şəbəkələrində çalışa biləcək. Smartfon barəsində digər bir məlumat yoxdur. Onun təqdimatı bu ilin birinci yarısında baş tutmalıdır. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


LG şirkəti Q51 adlı orta büdcəli smartfonu təqdim etdi (VİDEO) - QİYMƏTİ..

LG şirkəti Q51 adlı smartfon modelini təqdim etməklə özünün büdcəli smartfon seriyasını genişləndird..


Redmi K30 Pro 5G-nin ön panel dizaynı və təqdimat tarixi məlum oldu

Xiaomi şirkətinin Redmi brendi Çinin Weibo sosial şəbəkəsində Redmi K30 Pro 5G flaqman smartfon mode..


Huawei P40 flaqman smartfon seriyasının dəqiq təqdimat tarixi məlum olub

Dünən Huawei şirkətinin Barelonada baş tutmuş təqdimat tədbiri çərçivəsində şirkət təkcə öz yeni məh..


Xiaomi Black SHark 3 gamer smartfonunun təqdimat tarixi elan edildi

Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda yeni gamer smartfon m..


Huawei yenilənmiş MateBook X Pro (2020) noutbuk modelini təqdim etdi - QİYMƏTİ..

Öz təqdimat tədbiri çərçivəsində Huawei şirkəti MateBook X Pro noutbuk modelinin 10-cu nəsil Intel p..


Huawei-dən 5G dəstəkli MatePad Pro planşeti - QİYMƏTİ

Huawei şirkəti MatePad Pro planşet modelinin Avropa bazarı üçün nəzərdə tutulmuş qlobal versiyasını ..