main-post-cover

    Motorola, yeni Moto G6 seriyası ilə bazara girməyə hazırlaşır

    Elm & Texnologiya
    15.03.2018
    Orxan Oguz
    Lenovunun kölgəsində qalan Motorolanın qısa zaman ərzində yeni smartfonlarını təqdim edəcəyi gözlənilir.
       Şirkətdən bu mövzuda rəsmi açıqlama verilməsə də bəzi məqamlar yeni smartfonların təqdimatının çox qısa zamanda baş verəcəyini göstərir. Motorola Moto G6 seriyası və iki yeni Moto E smartfonunun yaxında rəsmiyyət qazanacağı güman edilir. Motorolanın 2018 model smartfonlarına dair məlumatlar bir müddətdir ki, interneti dolaşır.
       Moto G6, Moto G6 Plus və Moto G6 Play modellərinin Asiyanın iki ölkəsində rəsmi nümayəndəliklər tərəfindən təsdiqlənməsi artıq işlərin daha da konkretləşdiyini göstərir. Moto G6 seriyası İndoneziya və Tailandda rəsmi nümayəndəliklər tərəfindən təsdiqlənib. Bu da seriyanın ilk satılacağı bölgənin Cənub-şərqi Asiya olduğunu göstərir.
       Əlavə olaraq, Moto E5 və Moto E5 Play də İndoneziyada satış üçün lazımi sertifikatları əldə edib. Motorola Moto G6 seriyası smartfonlarının rəsmi təqdimat və satış tarixləri barədə hələ ki, dəqiq məlumat yoxdur. Amma yaranan aktivlik bunu deməyə əsas verir ki, Motorola çox qısa zamanda bazarda öz sözünü deməyə hazırlaşacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər