Logo
    main-post-cover

    MSI G274PFDE adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ

         MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor MSI G274PFDE adını əldə edib. Bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir. O, sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun 96%-ni, AdobeRGB rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor həmçinin özündə G-Sync texnologiyasının dəstəyini birləşdirir. MSI G274PFDE HDMI 2.0, DisplayPort 1.2 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Monitor artıq Avropa bazarında satışa çıxıb və 269 avro qiymətində satılır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MSI G274PFDE adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote