MSI MAG 401QR adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
22.11.2023
Emil Nəcəfov
Philips şirkəti ilə yanaşı MSI şirkəti də öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 401QR adını əldə edib. Beləliklə bu yeni gaming monitor 155 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 40 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 94%-ni, Adobe RGB rəng diapazonunun 90%-ni, sRGB rəng diapazonunun isə 118%-ni əhatə edir. MSI MAG 401QR özündə 2 ədəd HDMI (2.0b), 1 ədəd DisplayPort, 1 ədəd USB Type-C, 1 ədəd USB Type-B və 2 ədəd USB Type-A girişlərini birləşdirir. Üstəlik monitorun USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Monitor Çində 422$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!