Mütəxəssislər ən perspektivli və yüksək maaşlı İT peşəni seçiblər

Mütəxəssislər ən perspektivli və yüksək maaşlı İT peşəni seçiblər

Texnologiya
24.10.2018 PAYLAŞIM

    İqtisadiyyatın qlobal miqyasında kibertəhlükəsizlik sahəsi üzrə 2.93 milyon mütəxəssis çatışmır. Bu sahəyə bir çox gənc tərtibatçılar maraq göstərirlər. Bu sahədə onları ən çox cəlb edən isə maaşdır. Belə ki, kibertəhlükəsizlik üzrə mütəxəssis ortalama ildə 85.000$ dəyərində gəlir əldə edə bilər. Son tədqiqatlara əsasən biznesdə kibertəhlükəsizlik məsələlərində narahatlıq getdikcə artır. Mütəxəssislərin müxtəlif ölkələrdən və müxtəlif sahələrdən olan 1500 təmsilçisi arasında apardıqları sorğudan belə nəticə çıxıb ki, yaxın 1 il ərzində həmin təmsilçilərdən yarısı öz məlumatlarını və şəbəkələrini qorumaq üçün daha çox kibertəhlükəsizlik mütəxəssislərini işə cəlb etməyi planlaşdırır.

    Sorğuda iştirak etmiş şəxslərin 59%-nin fikrincə kibertəhlükəsizlik məsələsi onların şirkətlərinə ciddi risklər yaradır. Beləliklə İT sahəsinə milyonlarla kibertəhlükəsizlik mütəxəssisi lazımdır. Bu sahədəki mütəxəssislərə ən çox ehtiyac duyan zona isə Sakit Okean regionudur. Bu zonaya ABŞ və Çin daxildir. Bu ölkələr ümumilikdə 2.15 milyon kibertəhlükəsizklik mütəxəssisinə ehtiyac duyurlar. Avropada bu sahə üzrə 498.000 vakansiya, Afrika və Yaxın Şərqdə 142.000 vakansiya, Latın Amerikasında isə 136.000 vakansiya var. Digər İT sahələrdən fərqli olaraq kibertəhlükəsizlik sahəsində aktiv olaraq cavan şəxslər və qadınlar çalışırlar. Bundan əlavə olaraq bu sahədə çoxdan çalışan mütəxəssislər də var. Onlar ortalama 13 il İT sahədə iş təcrübəsinə sahibdirlər. Onlardan 7 ili isə kibertəhlükəsizlik sahəsindəki təcrübənin üzərinə düşür.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×