main-post-cover

    Mütəxəssislər ən təhlükəli mobil tətbiqlərin reytinqini tərtib ediblər

    Elm & Texnologiya
    20.07.2018
    Farid Pardashunas
        Appthority şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri korporativ müştərilər üçün potensial təhlükə mənbəyi daşıyan ən təhlükəli mobil tətbiqlərin reytinqini tərtib ediblər. Beləliklə iOS cihazlar üçün ən təhlükəli tətbiqlər arasında birinci yeri Whatsapp, ikinci yeri Facebook Messenger, üçüncü yeri isə Waze adlı naviqasiya tətbiqi tutub. Whatsapp ilə Facebook Messenger həmçinin Android əməliyyat sistemi üçün də ən riskli tətbiqlər siyahısına daxil olublar.
        Lakin Android-də üçüncü yeri Telegram messenceri tutub. Whatsapp ilə Facebook Messenger təhlükəli tətbiqlər üzrə 10 xaldan 7-ni alıblar. Bu cür yüksək xal göstəricisi isə o deməkdir ki, messencerlər öz serverlərinə müəssisə məlumatlarını və ya təhlükəsizlik siyasətinə uyğun olmayan digər məlumatları göndərə bilərlər. Məsələn reytinqdə olan bir çox servislər SMS mesajlarını və ünvan məlumatlarını serverlərə göndərir və bununla yanaşı HTTPS protokolunu deaktiv edirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər