
“Nar”-ın dəstək olduğu "Elektron təhsil” müsabiqəsinin qalibləri müəyyənləşdi
Elm & Texnologiya
07.05.2017
Farid
"Nar” tərəfindən dəstəklənən ənənəvi "Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və məktəb
istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə artıq ekspertlər
tərəfindən baxılmış, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 325 layihə nominant müəyyən edilmişdi. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən
onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçildi.
Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya
texnologiyalarından fəal istifadə edənmüəllimlərin fəaliyyətini
dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına
tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni
tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır.
Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində
elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron
resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da
müsabiqənin əsas məqsədlərindəndir.
Müsabiqə "Nar”, "Dr.Web”, "AzEduNet”, "Ultra”, Təhsildə
İnnovativ Texnologiyalar, Əlavə Təhsil Mərkəzi və "Edumedia Azərbaycan” tərəfindən
dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən "Nar” bu il
də ənənəvi olaraq "Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından
oldu.
Özünün korporativ sosial məsuliyyət (KSM)strategiyası çərçivəsində "Nar” ölkənin ictimai
həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət
və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur.
"Nar” KSM strategiyası haqqında əlavə məlumatı nar.az internet səhifəsindən almaq olar.
Paylaş
Bənzər xəbərlər