NASA 50 ildən sonra Ay üçün ilk insanlı missiyaya hazırlaşır
Elm & Texnologiya
12.01.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, NASA təxminən 50 ildən sonra ilk dəfə insanlı Ay missiyasını həyata keçirməyə hazırlaşır. Artemis II adlı bu missiya 1972-ci ildə başa çatan Apollo proqramından sonra Ay istiqamətində ilk insanlı uçuş olacaq. Agentlik Space Launch System (SLS) raketini və Orion kosmik gəmisini Kennedy Space Center-ə daşımağa hazırlaşır.
NASA yanvarın sonuna doğru “wet dress rehearsal” keçirməyi və ən tez 6 fevral tarixində buraxılışa başlamağı planlaşdırır. Missiyanın komandiri astronavt Reid Wiseman olacaq. Ekipajda həmçinin Victor Glover, Christina Koch və Kanada Kosmik Agentliyindən Jeremy Hansen yer alır. 10 gün davam edəcək uçuş zamanı ekipaj həyat təminatı sistemlərini test edəcək və Ayın uzaq tərəfinə doğru 6 400 km-dən çox məsafə qət edəcək. NASA bu missiyanı gələcəkdə Ayda davamlı insan mövcudluğunun və uzunmüddətli Mars missiyalarının əsas mərhələsi kimi qiymətləndirir.
Paylaş