Logo
    main-post-cover

    NASA, Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavtın geri qaytarılması tarixini təyin edib

    Elm & Texnologiya
    10.03.2025
    Emil
         NASA, təsadüfən Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan iki astronavtın geri qaytarılması tarixini müəyyənləşdirib. Onlar əslində 10 günlük bir missiya üçün göndərilmişdilər, lakin artıq 9 aydır ki, orada qalıblar. NASA astronavtların orada əlavə 1 ay qalmasının mümkün olduğunu bildirsə də, bunun artıq həddindən artıq olacağını qərara alıb. Xilasetmə missiyası olan Crew-10 üç astronavt və bir kosmonavtın olduğu SpaceX Dragon kapsulu ilə 12 mart tarixində NASA-nın Kennedi Kosmik Mərkəzindən (Florida) BKS-yə göndəriləcək.
         Buraxılış tarixi 12 mart, BKS ilə birləşmə tarixi isə 13 mart təyin edilib. Bu missiya iki astronavtı Yerə qaytaracaq və eyni zamanda BKS-ə yeni heyət çatdıracaq. Ekipaj dəyişikliyi bu dəfə sürətlə həyata keçiriləcək. Adətən, yeni gələn astronavtlara ətraf mühitə öyrəşmək üçün 3 günlük müddəti verilir, lakin bu dəfə Crew-9 ekipajı stansiyanı daha tez tərk edəcək. Crew-9 kapsulunun ayrılması və Yerə enişi 16 mart tarixinə planlaşdırılıb. Kapsulun həmin günün sonuna qədər Yerə qayıtması gözlənilir. Crew-9 kapsulu ilə Yerə qayıdacaq ekipaj üzvləri:
    - NASA astronavtları Butch WilmoreSunita Williams
    - Amerikalı astronavt Nick Hague
    - Rusiyalı kosmonavt Alexander Gorbunov
    Bu iki astronavt - Wilmore və Williams - 6 iyun tarixində Boeing Starliner ilə BKS-yə çatdırılmışdı. Bu, Boeing kapsulunun ilk sınaq uçuşu idi. Lakin texniki problemlərə görə NASA astronavtların Yerə bu kapsulla qayıtmasına risk etmədi. Nəticədə Starliner pilotsuz rejimdə geri döndü, astronavtlar isə orbitdə qaldı. Butch və Sunita-nın Yerə qaytarılması üçün Crew-9 kapsulunda yerlər əvvəlcədən hazırlanıb. Bu kapsul 2024-cü ilin sentyabr ayında BKS-yə göndərilmişdi. Astronavtlar sadəcə istənilən gəmi ilə Yerə qayıda bilməzlər - çünki onların skafandrları üçün xüsusi uyğunlaşdırılmış antiqravitasiya oturacaqları tələb olunur. Məhz bu səbəbdən Butch və Sunita, məsələn, Rusiyanın Soyuz kapsulu ilə geri dönə bilməzdilər.
         Onların qayıdışı əvvəlcə 2025-ci ilin fevralına planlaşdırılmışdı, lakin missiya əlavə 1 ay uzadıldı. Crew-10 üçün nəzərdə tutulan yeni SpaceX Dragon kapsulunda texniki qüsur - nasaz batareya bloku aşkarlanıb. NASA bu problemi həll etməyə çalışsa da, təmir prosesi uzandı. Nəticədə agentlik Crew-10 ekipajını əvvəl istifadə olunmuş və artıq sınaqdan keçmiş bir Dragon kapsulu ilə göndərmək qərarına gəldi. Bu kapsul artıq uçuşa hazırdır - son yoxlamalar və raketlə inteqrasiya üçün start meydançasına gətirilib. Crew-10 ekipajı da artıq kosmodroma çatıb. Xilasetmə missiyası üçün hər şey hazırdır - Yer öz qəhrəmanlarını gözləyir.
    Mənbə: Space.com
    Paylaş
    Bənzər xəbərlər
    starship-in-ardicil-ikinci-partlayisi-kosmik-gemide-fundamental-problemin-olmasindan-xeber-verir
    Elm & Texnologiya

    Starship-in ardıcıl ikinci partlayışı kosmik gəmidə fundamental problemin olmasından xəbər verir

    SpaceX şirkətinin keçən həftə Starship gəmisinin səkkizinci sınaq uçuşu partlayış və göydə yanğın yağışı ilə başa çatdı - əvvəlki yeddinci sınaq uçuşu ilə demək olar ki, eyni şəkildə.
    8-ci-sinaq-ucusu-zamani-starship-semada-partlayib-video
    Elm & Texnologiya

    8-ci sınaq uçuşu zamanı Starship səmada partlayıb (VİDEO)

    Dünən gecə SpaceX şirkəti Starship kosmik gəmisinin Super Heavy sürətləndirici raketi ilə səkkizinci sınaq uçuşunu həyata keçirdi. Əvvəlki sınaq uçuşu kimi, bu missiya da kosmik gəminin itirilməsi ilə nəticələndi.
    marsda-munbit-seraitde-formalasan-minerallar-askar-edilib
    Elm & Texnologiya

    Marsda münbit şəraitdə formalaşan minerallar aşkar edilib

    Alimlər NASA-nın Mars səthində fəaliyyətdə olan Perseverance aparatının toplamış olduğu məlumatları təhlil ediblər. Bu məlumatlar Jezero adlı kraterin dibindəki qəribə daşları araşdıran cihazlardan əldə edilib.
    voyager-1-ve-voyager-2-kosmik-aparatlarinin-missiyalari-daha-1-il-uzadilib
    Elm & Texnologiya

    Voyager-1 və Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb

    Bu, hər bir aparatdakı bir elmi cihazın söndürülməsi hesabına mümkün olub və güc ehtiyatını qoruyaraq ulduzlararası kosmik sahə haqqında unikal məlumatların toplanmasını davam etdirməyə imkan verəcək.
    mutexessislie-abs-ay-yarisinda-cinden-geride-qalir
    Elm & Texnologiya

    Mütəxəssislər: "ABŞ Ay yarışında Çindən geridə qalır"

    ABŞ, Ayın mənimsənilməsi yarışında Çinlə artan rəqabət fonunda “Artemis” proqramını həyata keçirməkdə çətinliklərlə üzləşir və NASA daxilində daxili problemlərlə qarşılaşır. ABŞ Nümayəndələr Palatasında keçirilmiş dinləmələr zamanı ekspertlər, Çinin 2030-cu ilə qədər insanlı Ay missiyası həyata keçirməyi planlaşdırdığına görə ABŞ-ın geri qalmasından narahat olduqlarını bildiriblər.