main-post-cover

    NASA, ilk dəfə kosmosda mahnı ifa edib!

    Elm & Texnologiya
    17.07.2024
    Farid Pardashunas

         NASA, hip-hop mahnısını birbaşa kosmosa göndərməklə tarixdə bir ilkə imza atıb. DSN metodundan istifadə edərək Veneraya mahnı göndərən NASA, dərin kosmos missiyaları üçün əsas rabitə sisteminin müvəffəqiyyətlə sınaqdan keçirildiyini bildirib.

         İyulun 12-də Missy Elliott-un 1997-ci ildə yazdığı "The Rain (Supa Dupa Fly)" mahnısı kosmosa buraxılıb. Deep Space Network (DSN) vasitəsilə ötürülən mahnı, 108 milyon kilometr uzaqlıqdakı Venerada oxudulub. Sənətçi Missy Elliott isə kosmosa olan sevgisi ilə tanınır. NASA-nın kosmos missiyaları üçün əsas rabitə sistemi olan DSN, bütün dünyada kütləvi radio antenalarından istifadə edərək əlaqə qurur. Son olaraq 34 metrlik anten, işıq sürəti ilə Veneraya tezliklər göndərmək üçün istifadə edilib.
         Mövzu ilə bağlı açıqlama verən Elliott, "NASA və Dərin Kosmos Şəbəkəsi vasitəsilə Yerdən kənara çıxdığıma hələ də inana bilmirəm" sözlərini deyib. Elliott, mahnısının Veneraya şüalanmasını istəyib və bildirib ki, bu planet, onun üçün “güc, gözəllik və güclənməyi simvollaşdırır”. NASA administratoru Brittany Brown, bu əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. O, Yerdən aldıqları ilhamı Günəş sistemi ilə paylaşdıqlarını ifadə edərək "Biz həm kosmos tədqiqatlarının, həm də Missy Elliott-un sənətinin sərhədlərini aşmaq istədik" sözlərini söyləyib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Primatların beynində üz tanınması üçün xüsusi "mexanizm" olduğu aşkar edilib!
    primatlarin-beyninde-uz-taninmasi-ucun-xususi-mexanizm-oldugu-askar-edilib
    1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
    1-ilden-cox-denizin-dibinde-qalan-apple-watch-yeniden-islek-veziyyetde-tapilib
    James Webb Kosmik Teleskopu, bir-birinə qarışmış qalaktikaların fotosunu çəkib!
    james-webb-kosmik-teleskopu-bir-birine-qarismis-qalaktikalarin-fotosunu-cekib
    NASA-nın yeni kosmik aparatı səsdən 500 dəfə sürətli hərəkət edərək sürət rekordunu qırıb!
    nasa-nin-yeni-kosmik-aparati-sesden-500-defe-suretli-hereket-ederek-suret-rekordunu-qirib
    Kosmosda ilişib qalan kosmonavtlardan ilk açıqlama gəlib!
    kosmosda-ilisib-qalan-kosmonavtlardan-ilk-aciqlama-gelib