NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!
Elm & Texnologiya
06.12.2024
Farid Pardashunas
NASA-nın NEOWISE kosmik teleskopu əvvəllər görülməmiş kosmos görüntülərini paylaşıb. Alimlər ömrünü başa vuran bu kosmik aparatın topladığı məlumatlardan daha çox məlumat əldə etməyi ümid edirlər.
NASA-nın WISE Telescope - Wide-field Infrared Survey Explorer kosmik aparatı 2009-cu ildə orbitə buraxılmış, təxminən 2 ildən sonra isə fəaliyyəti dayandırılaraq "yuxuya" göndərilmişdi. Lakin 2013-cü ildə NEOWISE adlandırılan aparat asteroidləri və quyruqlu ulduzları tədqiq etmək məqsədilə yenidən aktivləşdirilmişdi. Artıq fəaliyyətini tamamilə dayandıran və keçən ay Yerə qayıdan NEOWISE, möhtəşəm kosmik görüntülər təqdim edib.
Təxminən 15 il ərzində fəaliyyət göstərən NEOWISE, kainatın sirrlərini açmaq üçün 21 fərqli infraqırmızı tədqiqat aparıb. Teleskop 1 noyabrda Yerə düşməzdən əvvəl artıq aktiv missiyasını başa vurmuşdu. NEOWISE komandası 26 noyabrda missiyanın uğurlarını qeyd etmək məqsədilə teleskopun arxivindən 6 xüsusi görüntü yayımladı. Bu görüntülər arasında xüsusilə Kaliforniya Dumanlığı və Gecko Dumanlığı kimi möhtəşəm kosmik fenomenlər diqqət çəkir.
Persey bürcündə yerləşən və eni 100 işıq ili olan Kaliforniya Dumanlığı Yerdən təxminən 1000 işıq ili uzaqlıqda yerləşir. Bu dumanlıq, adını Kaliforniya sahil xəttinə bənzəyən formasından alır. Görüntülər arasında eyni zamanda kərtənkələ burnuna bənzəyən Gecko Dumanlığı da var. Dumanlığın burun hissəsində qırmızı rəngdə körpə bir ulduz görünür. Bu ulduz, yaranma prosesinin son mərhələsindədir və artıq yanacağının son hissələrini istifadə edir. Həmçinin, ulduzun ətrafındakı qaz axınları toz buludlarını dəlib, keçərək ətraf mühiti dəyişir.
Yeni yayımlanan üçüncü bir görüntü isə qurbağa balasına bənzəyən CG12 dumanlığını əks etdirir. Bu görüntüdə WISE teleskopunun infraqırmızı işıqla asanlıqla aşkarladığı quyruq formalı toz sapları diqqəti çəkir. Yayımlanan 6 görüntünün hamısını aşağıdakı qalereyada izləmək mümkündür.
NEOWISE-in topladığı məlumatlar yalnız bu günün deyil, gələcəkdəki astronomlar üçün də bələdçi olacaq. Missiya ərzində toplanan nəhəng məlumat arxivi kainatın quruluşunu daha yaxşı anlamaq üçün yeni vasitələr və texnikalarla təkrar-təkrar araşdırılacaq. NEOWISE layihəsinin baş tədqiqatçısının müavini Joe Masiero bu arxivin əhəmiyyətini belə vurğulayır: "Təxminən 15 il ərzində səmada baş verən dəyişiklikləri izləmək, ən yaxın asteroidlərlə ən uzaq kvazarlar arasında hər şey üçün yeni bir elmi sahə açdı".
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!
Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!
Yeni bir araşdırma ilə Veneranın sirrləri ortaya çıxarılarkən planetin heç vaxt yaşayış üçün əlverişli bir yer olmadığı müəyyən edilib. Alimlər planetdə maye suyun olmadığını bildirirlər.
1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!
1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!
"GJ 367 b" adlanan kiçik və eyni zamanda olduqca isti bir planetdə 1 il cəmi 8 saatdan ibarətdir. Üstəlik, onun maraqlı xüsusiyyətləri bununla bitmir.
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
NASA bir neçə universitetin alimləri ilə birlikdə Uranın peyklərinin incələnməsi ilə bağlı unikal missiyaya hazırlaşır. Uranın 28 peyki mövcuddur. Lakin alimlər onların arasında 3 böyük peykə diqqətlərini ayıracaqlar.
NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
NASA radar texnologiyası ilə Qrenlandiyada Soyuq Müharibə bazası "Camp Century"ni aşkar edib. Baza UAVSAR (Uninhabited Aerial Vehicle Synthetic Aperture Radar) adlanan sistem ilə aşkar edilib.
James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
James Webb Kosmik Teleskopu (JWST) yüksək texnoloji avadanlıqları ilə heyran etməyə davam edir. JWST bu dəfə Sombrero qalaktikasını indiyə qədər görülməmiş detallarla görüntüləyib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!