Logo
    main-post-cover

    NASA-nın yeni Ay skafandrında Prada imzası olacaq

        NASA-nın növbəti Ay missiyalarında astronavtlar təkcə yeni nəsil skafandrlarla deyil, həm də Prada ilə birgə hazırlanmış yüksək texnologiyalı xüsusi alt geyimlə təchiz olunacaqlar. Axiom Space şirkəti Artemis IV missiyası üçün hazırlanan yeni Liquid Cooling and Ventilation Garment (LCVG) sistemini təqdim edib. Bu xüsusi geyim astronavtların Ay səthində fəaliyyət göstərərkən bədən temperaturunu tənzimləmək və rahatlığını təmin etmək üçün nəzərdə tutulub. LCVG, Axiom Space və Prada əməkdaşlığı nəticəsində hazırlanan AxEMU skafandrının altında geyiniləcək.
    Prada and Axiom Space | PRADA - Netherlands
        Sistem daxilində yerləşdirilmiş xüsusi borular vasitəsilə soyuq su dövr etdirilir və astronavtın bədənində yaranan istilik uzaqlaşdırılır. Bu texnologiya uzunmüddətli kosmik fəaliyyət zamanı həddindən artıq isinmənin qarşısını almağa kömək edir. Bundan əlavə, yeni modeldə ehtiyat soyutma sistemi də mövcuddur ki, bu da əsas sistemdə nasazlıq yaranacağı halda astronavtın təhlükəsizliyini artırır. LCVG yalnız soyutma funksiyası ilə məhdudlaşmır. Geyimə inteqrasiya olunmuş ventilyasiya sistemi AxEMU dəbilqəsinə təmiz oksigen ötürür, nəfəsvermə zamanı yaranan karbon qazını isə təmizləmə sisteminə yönləndirərək yenidən dövriyyəyə qaytarır. NASA-nın Artemis IV missiyasının 2028-ci ildə insanları yenidən Ay səthinə göndərməsi planlaşdırılır.
    Paylaş