main-post-cover

    NASA səssiz təyyarələr dövrünü açıq elan etmək üzrədir

    Elm & Texnologiya
    06.04.2018
    Orxan Oguz
        NASA daha əvvəl kommunikasiya sahəsində heç vaxt edilməmiş və sınaqdan keçirilməmiş investisiyaya imza atmaq üzrədir. 
        Şirkət, səs sürətini keçərkən sonik partlayış səsi çıxarmayan jet təyyarəsinin istehsalı üçün razılığa gəlib. NASA-nın internet saytından verilən açıqlamada qurumun jet təyyarələrinin səs sürətini aşarkən çıxardığı şiddətli sonik partlayış təsirini yox edə biləcək təyyarə prototipinin hazırlanması üçün Amerika Müdafiə və Aeronavtika şirkəti Lockheed Martin ilə 247.5 milyon dollarlıq razılığa gəldiyi deyilir.
        Şirkətin razılıq əsasında 2021-ci ilin sonuna qədər NASA-nın yoxlamaq məqsədilə istifadə edəcəyi prototipi tamamlamağı öhdələrinə götürdüyü qeyd olunub. Qapı bağlanma səsi qədər səssiz olacaq X-Plane adlandırılan xüsusi təyyarə təxminən 17.000 metr hündürdə ikən saatda 1500 km sürətlə uça biləcək. 
        2022-ci ildən yoxlanışa başlayacaq NASA, X-Plane ilə 2022-ci ildən etibarən bəzi Amerika şəhərlərində test uçuşları planlayır. Bu uçuşlardakı səs hesablamaları və yerli əhalinin uçuşlara verəcəyi reaksiya digər təyyarə şirkətlərini də səssiz təyyarələr mövzusunda maraqlandıra bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər