
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
Elm & Texnologiya
02.12.2024
Emil
NASA bir neçə universitetin alimləri ilə birlikdə Uranın peyklərinin incələnməsi ilə bağlı unikal missiyaya hazırlaşır. Uranın 28 peyki mövcuddur. Lakin alimlər onların arasında 3 böyük peykə diqqətlərini ayıracaqlar. Söhbət, Miranda, Ariel və Ambriel adlı peyklərdın gedir. Alimlər bu peyklərdə səthaltı okeanın mövcud olub-olmadığını təyin etməyə çalışacaqlar. Qeyd etmək lazımdır ki, adları sadalanmış bu peyklərin ilk fotoları 1986-cı ildə Voyager-2 kosmik aparatı vasitəsilə çəkilmişdi. Lakin çəkilmiş həmin fotoların keyfiyyətləri heç də qənaətbəxş deyil. Bu isə öz növbəsində planlaşdırılan yeni kosmik missiyanı daha da vacib edir.
Mütəxəssislər aparıcı texnologiyalardan istifadə edərək bu peyklərin hərəkətlərindəki kiçik dəyişmələri müşahidə etmək istəyirlər. Belə ki, aparılmış hesablamalara əsasən əgər peykin nüvəsi ilə səthindəki buz örtüyü arasında okean mövcuddursa, bu cür dətişmələrin amplitudu yüksək olacaq. Uranın peyklərinin səthaltı okeana sahib olduqları halda bu, onlarda potensial bioloji həyatın formalaşa biləcəyindən xəbər verəcək. Qeyd etmək lazımdır ki, son illərdə bu cür səthaltı okean Yupiterin peyki Avropada və Saturnun peyki Enseladda aşkar edilmişdi. İndi isə alimlər səthaltı okeanın Uran sistemində aşkar ediləcəyinə ümid edirlər. Məlumata əsasən NASA-nın nəzərdə tutmuş olduğu missiya hazırlanma mərhələsindədir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
