Logo
    main-post-cover

    Nəhəng planetlər düşünüldüyündən daha erkən formalaşmış ola bilərlər

    Elm & Texnologiya
    06.03.2025
    Emil
         Alimlər müəyyən ediblər ki, Yupiterə bənzər kütləyə malik ekzoplanetlər gözləniləndən xeyli əvvəl formalaşıblar. Bu tədqiqatın nəticələri nəhəng planetlərin, o cümlədən Yupiterin formalaşması üçün lazım olan qaz və bərk hissəciklərin toplanma müddəti barədə yeni məlumatlar təqdim edir. Planetlər gənc ulduzları əhatə edən qaz və tozdan ibarət olan protplanet disklərində formalaşırlar. Araşdırmanın nəticələrinə görə, Yupiter kimi qaz nəhəngləri əvvəlki hesablamalardan daha gənc protplanet disklərində formalaşır. Bu kəşf, planetlərin yaranma müddəti və prosesi ilə bağlı mövcud nəzəriyyələrə yenidən baxmağı tələb edə bilər.
    Protoplanet diski:
         Ekzoplanetlər Günəş sistemindən kənarda yerləşən dünyalardır, lakin onların mənşəyi və formalaşmasına təsir edən amillər hələ də tam anlaşılmamış qalır. Əvvəllər alimlər hesab edirdilər ki, Yupiter kimi qaz nəhənglərinin tam formalaşması üçün 3-5 milyon il tələb olunur. Lakin yeni müşahidələr göstərib ki, bu tip planetlər cəmi 1-2 milyon il ərzində yarana bilər. Bu kəşf, nəhəng planetlərin formalaşdığı protoplanet disklərinin yaşı ilə bağlı mövcud nəzəriyyələri şübhə altına alır. Yeni tədqiqatın nəticələri planetlərin yaranma nəzəriyyələrində dəyişikliklərə səbəb ola bilər.
         Alimlərin sözlərinə görə, planetlərin formalaşması adətən "aşağıdan yuxarıya" prinsipi ilə baş verir. Yəni kiçik obyektlər tədricən material toplayaraq daha böyük bir planetə çevrilir və bu proses uzun müddət tələb edir. Lakin başqa bir ehtimal da mövcuddur - planetlər protoplanet diskinin içində böyük maddə yığınlarının parçalanması nəticəsində sürətlə formalaşa bilər. Aparılan tədqiqat çərçivəsində astronomlar artıq haqqında geniş məlumat olan nəhəng ekzoplanetlərdən ibarət kiçik bir qrup üzərində analiz aparıblar. Onların xüsusiyyətləri Yupiter və Saturn kimi planetlərlə müqayisə edilib.
         Nəticələr göstərib ki, bu ekzoplanetlər də Yupiter kimi əvvəlki hesablamalardan daha erkən formalaşıb. Bu kəşf bu planetlərin gözləniləndən daha böyük miqdarda bərk maddə yığması faktına əsaslanır. Planetin formalaşmasının ilkin mərhələsində toplanan materiallar onun atmosferindəki metallığın səviyyəsini artırır, yəni ağır kimyəvi elementlərin miqdarı yüksəlir. Alimlər bu metalların buraxdığı izləri müşahidə edərək, planetin keçmişdə nə qədər bərk maddə topladığını müəyyən edə bilirlər.
         Metallıq nə qədər yüksəkdirsə, həmin planetin atmosferində bir o qədər çox bərk maddə və metal var. Tədqiqat göstərib ki, araşdırılan nəhəng planetlər orta hesabla o qədər çox bərk maddə toplayıb ki, onların ümumi kütləsi Yer kürəsindən 50 dəfə artıqdır. Bu, yalnız planetin 2 milyon ildən az bir müddətdə, hələ kütləvi protoplanet diskində formalaşması halında mümkün ola bilər. Araşdırma planetlərin yaranması üçün lazım olan materialların, əvvəlki hesablamalardan daha erkən mərhələdə mövcud olduğunu göstərir.
    Mənbə: Phys.org
    Paylaş
    Bənzər xəbərlər
    alimler-radioaktiv-tullantilardan-atom-batareyasi-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar

    Ohayo Ştat Universitetinin tədqiqatçıları radioaktiv tullantıların utilizasiyası üçün perspektivli bir üsul təklif ediblər. Bu yanaşma eyni anda iki problemi həll edə bilər. Təhlükəli materialların təhlükəsiz idarə olunması və uzun ömürlü enerji mənbələrinin yaradılması.
    qaranliq-materiyanin-omur-muddeti-teyin-edilib
    Elm & Texnologiya

    Qaranlıq materiyanın ömür müddəti təyin edilib

    Yaponiyalı alimlər komandası qaranlıq materiya axtarışlarında irəliləyiş əldə edib. Yeni spektroqrafiya texnologiyası və Magellan teleskopları vasitəsilə cəmi 4 saatlıq müşahidə mühüm nəticələr verib.
    astronomlar-kosmosda-qeribe-dairevi-obyektleri-kesf-edibler
    Elm & Texnologiya

    Astronomlar kosmosda qəribə dairəvi obyektləri kəşf ediblər

    Radioastronomlar adi gözlə görünməsi mümkün olmayan obyektləri müşahidə edə bilirlər, çünki radioteleskoplar işıq deyil, radiodalğaları qeydə alırlar. Bu texnologiyadan istifadə edərək ASKAP radioteleskopu kosmosda çoxlu qəribə dairəvi obyektlər aşkar edib.
    kainatda-suyun-ne-zaman-formalasdigi-texmin-edilib
    Elm & Texnologiya

    Kainatda suyun nə zaman formalaşdığı təxmin edilib

    Kainat hələ də bir çox sirrləri özündə saxlayır, bunlardan biri də qaranlıq materiyanın təbiətidir. Eyni zamanda alimlər suyun kosmosda nə zaman əmələ gəldiyini dəqiq anlamağa çalışırlar.
    saturnun-peyki-enselad-sethalti-okeana-sahib-olmaya-biler
    Elm & Texnologiya

    Saturnun peyki Enselad səthaltı okeana sahib olmaya bilər

    Saturnun ən məşhur peyklərindən biri olan Enseladın səthi qalın buz təbəqəsi ilə örtülüb. Alimlər bu buz qatının altında maye halında səthaltı okeanın mövcud ola biləcəyini düşünürlər. Bu nəzəriyyəyə ilk işarə 2005-ci ildə peyk səthindəki çatlardan çıxan su buxarı geyzerlərinin kəşfi olub.