main-post-cover

    Netflix yeni illik paketlərini test edir: 50% Endirimli

    Elm & Texnologiya
    12.12.2019
    Nijat Hamid
            Güclü rəqiblər ilə qarşılaşan Netflix istifadəçilərin bəyənəcəyi və platformaya cəlb edəcəyi bir sıra yeniliklər gətirməyə davam edir. Şirkət bu səfər illik paketlər üzərində dəyişiklik edir. Şirkət Disney+, Apple TV kimi servislərlə müqayisədə biraz daha bahalı bir servis olması ilə seçilir. Bu səbəbdən endirimlər etmək qismən istifadəçilərin diqqətini cəlb edə bilər. 

    Netflix, Hindistanda illik paketlərin qiymətinə 50% endirim edir. Əgər geri dönüşlər müsbət olarsa, qlobalda da hər kəs üçün aktivləşdirilə bilər.

            Testlər ilk olaraq Hindistanda edilməyə başlandı. Əgər müsbət nəticələr əldə edilərsə, qlobal istifadəçilər üçün də bu paketləri almaq mümkün olacaq. Aylıq abunə paketi zamanı ümumi 9588 Hindistan rupisi ödəməli olan istifadəçilər 12 aylıq paketi aldıqlarında 50% endirim ilə 4799 Hindistan rupisi ödəyəcəklər. Belə görünür ki, şirkət ciddi endirim yoluna gedərək istifadəçiləri platformada saxlamağa çalışır. Bundan daha əvvəl də mobil cihaz paketini Hindistanda test edən şirkət sonradan bunu digər istifadəçilər üçün də istifadəyə verəcəkdir.
    Linki kopyala