main-post-cover

    Nəyə görə iPhone 8, belə baha olacaq?

    Elm & Texnologiya
    06.09.2017
    Farid Pardashunas

    “IGI Securities” analitik şirkətinin əməkdaşı Ming-Chi Kuo-nun sözlərinə əsasən yeni iPhone, “Samsung” tərəfindən istehsal olunan OLED ekranların hesabına baha olacaq.

    Analitikin fikrincə OLED ekranların təchizi ilə “Samsung” şirkəti özü birbaşa məşğul olur. Bu isə öz növbəsində şirkətə, ekranlara yüksək qiymət təyini imkanını verir (bir telefon üçün 120-130$). iPhone 7 Plus-ın ekranının qiyməti isə 55$-dan baha deyil. Bundan əlavə olaraq “Samsung” şirkəti tərəfindən iPhone 8 üçün məhdud sayda ekran təqdim etməsi nəticəsində bu smartfon da məhdud sayda satışa çıxa bilər. Ming-Chi düşünür ki, “Apple”, OLED ekranların istehsalı ilə məşğul olan daha bir şirkət tapmalıdır və o artıq bunun üzərində çalışır. Şaiyələrə görə “Apple”, “LG”nin OLED istehsalına investisiya yatıracaq. Lakin bu cür investisiya 2019-cu ildə baş verə bilər. Bununla yanaşı belə bir məlumat var ki, şirkət, OLED istehsal texnologiyasını incələmək üçün külli miqdarda avadanlıqlar alıb. Güman olunur ki, iPhone 8-in qiyməti 1000$-dan başlayacaq. Analitikin fikrincə yüksək qiymət göstəricisi həmçinin yeni modeldə olacaq istifadəçi üzünün 3D skan texnologiyası ilə də əlaqəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər