
Nissan Skyline seriyasında iki elektromobil hazırlayacaq
Elm & Texnologiya
30.11.2023
Emil
Yaponiyanın avtomobillər ilə bağlı Best Car adlı jurnalının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Nissan şirkəti Skyline avtomobil seriyasını geri qaytarmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkət sözügedən seriya çərçivəsində iki ədəd elektromobil istehsal edəcək. Onlardan biri elektrikli fastback, digəri isə krossover olacaq. Elektrikli fastback-in 450 at gücündə olacağı və 2025-ci ilin payız fəslində satışa çıxacağı gözlənilir. Elektrikli krossoverə gəldikdə isə onun tam çəkən təkərlər sisteminə sahib olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
