main-post-cover

    Nokia 1-in güman olunan ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    10.01.2018
    Emil Nəcəfov
    Ehtimal ki, bu, hələ anonsu olmamış Nokia 1 modelinin ilk fotolarıdır.
    Məlumatlara əsasən bu model "HMD Global” şirkətinin Nokia seriyasında 95$ qiymət göstəricisi ilə ən əlçatan olmalıdır. Şayiələrə inansaq sözügedən yeni model Nokia 2-yə bənzəyəcək və 720p keyfiyyətli IPS ekranla təchiz olunacaq. Həmçinin o, 1 GB RAM və 8 GB daxili yaddaşa sahib olacaq. Metallik çərçivələr və polikarbonatdan hazırlanmış korpus bizi köhnə Nokia vaxtlarına geri qaytaracaq. Güman olunur ki, Nokia 1Snapdragon 212 prosessoru sayəsində çalışacaq. Həmin prosessor həmçinin Nokia 2-də də quraşdırılıb.

    Maraqlısı ondadır ki, Nokia 1 Android Go əməliyyat sistemi üzərində çalışacaq. Qeyd etmək lazımdır ki, bu əməliyyat sistemi texniki göstəriciləri zəif olan modellər üçün nəzərdə tutulur. Nokia 2 isə tam versiya Android üzərində çalışır. İnternetə sızdırılmış fotolarda Nokia 1 keysdə və keyssiz vəziyyətdə əks olunub. Smartfonun arxa panelində kamera və işıqlandırma sistemi var. Əgər fotolar həqiqətən də düzdürsə onun anonsunu gələn ayın sonunda keçiriləcək MWC 2018 tədbirində gözləmək olar.

    Linki kopyala