
Bu ayın sonunda Barselonada keçiriləcək MWC 2018 tədbirində Nokia brendi altında yeni smartfon modellərinin təqdimatı baş tutacaq.
Təqdim olunacaq smartfonlar arasında büdcəli Nokia 1, Nokia 9 flaqman modeli və keçən ilki Nokia 7-nin təkmilləşdirilmiş verisyası Nokia 7 Plus-ın olacağı gözlənilir. Dünən biz Nokia 7 Plus modelinin yayılmış yeni fotosu haqqında xəbər vermişdik. Lakin bu smartfon barəsində sızıntılar dayanmaq bilmir. Belə ki, Nokia 7 Plus-ın yeni fotosu sızdırılıb.
Tarixdəki iPhone skandalları!
Güman olunur ki, smartfon 18:9 nisbətində 6 inç Full HD+ ekrana sahib olacaq.
Arxa tərəfdən isə cihaz şüşə panel ilə əhatə olunacaq. Smartfonun yuxarı və
aşağı çərçivələri nazikdir. Buna görə də barmaq izi skanı texnologiyası
smartfonun arxa panelində yerləşdirilib. Bundan əlavə olaraq Nokia 7 Plus
Snapdragon 660 posessoru, 4 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunacaq.
Onun Android One əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir.
Şərh yoxdur