main-post-cover

    Nokia 7 Plus ilə Nokia 1-in real fotoları sızdırıldı

    Elm & Texnologiya
    15.02.2018
    Farid Pardashunas
    Məşhur insayder Evan Blass öz Twitter hesabında hələ anonsu olmamış Nokia 7 Plus ilə Nokia 1 modellərinin yeni fotolarını təqdim edib.
    Biz daha öncə Nokia 7 Plus modeli haqqında məlumatlar vermişdik. Lakin təqdim olunmuş yeni fotoda da bəzi yeni məlumatlar var. Belə ki, yeni fotoda əks olunmuş smartfonun arxa panelində AndroidOne sözü əks olunub. Bu isə o deməkdir ki, bu model “Google” şirkətinin büdcəli smartfonlar proqramı çərçivəsində satışa çıxacaq və təmiz Android əməliyyat sisteminə sahib olacaq. Bundan əlavə olaraq smartfon dəbli və effektiv görünür.

    Nokia 1 modelinə gəldikdə isə onun xarici görünüşü bir qədər təəccübləndirir. Belə ki, xarici görünüşcə Nokia 1 “HTC”, “Lenovo” və “Motorola” şirkətlərinin keçmiş telefonlarına bənzəyir. Məlumata əsasən bu smartfon Android Go proqramına aiddir. Onun geniş çərçivələri və əyilmiş şəkildə küncləri var.
    Bundan əlavə olaraq Nokia 1 arxa və ön kameralara sahibdir. Bu cür görünüşə sahib Nokia 1 ultrabüdcəli smartfon seriyasına aid olmalıdır və onun qiyməti 100$-dan baha olmamalıdır. Sözügedən yeni Nokia modellərinin dəqiq texniki göstəriciləri və qiymətləri barəsində heç bir məlumat yoxdur. Güman olunur ki, Nokia 7 Plus modeli 25 Fevral tarixində, Nokia 1 modeli isə 26 Fevral tarixində təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər