
Ortaya çıxan vizuallar ilə birlikdə dizaynı haqqında fikir sahibi olduğumuz Nokia 8 iki arxa kamerası ilə olduqca iddialıdır.
Nokia, Apple, Samsung - dəfn karikaturası
Nokia 8 ilə əlaqədar yeni detallar gəlməyə davam edir. Bu ilin ən çox maraqla gözlənilən flaqmanlarından biri olan Nokia 8 iki Zeiss lens ilk dəfə göstərildi.
Yaxın zaman içərisində təqdim ediləcək olan Nokia 8, Venture Beat tərəfindən sızdırıldı. Sızdırılan vizuallarda telefonun arxa və ön tərəfini görürük.
Nokia 3, Nokia 5 və Nokia 6-dan sonra Nokia 8 ilə istifadəçilərin könlünü fəth etməyi hədəfləyən nəhəng firma, yeni telefonuyla olduqca iddialı bir təqdimata hazırlaşır.
Sızdırılan vizualları araşdırdığımız da isə, telefonun sağ və sol çərçivələrinin incə olduğunu, ancaq alt və üst çərçivələrinin günümüzdəki telefon modasına çoxda uyğun olmadığına şahid olmaqdayıq.
Zeiss ilə kamera mövzusunda razılaşma təmin edən HMD Global, yeni flaqmanında hər biri 13 MP dəyərində iki arxa kamera ilə gələcəyini əvvəldən ortaya çıxan xəbərlərlə öyrənmişdik
İndi isə sızdırılan vizuallarda bu iki linzaları görməkdəyik. Hər mövzuda istifadəçilərə keyfiyyətli bir təcrübə təqdim edəcək olan “Nokia”, üst seqment istifadəçilərinə verdikləri pulun haqqını verəcəyini vəd ediblər.
Android telefonlar ilə hər keçən gün danışılmağa davam edən “Nokia” yeni telefonu Nokia 8-də, Snapdragon 835 prosessoru və 5.3 inç-lik 1440 x 2560 piksellik bir ekran təmin edəcək.
6 GB RAM və 64 GB daxili yaddaş sahəsinə sahib olacaq olan flaqman, 31 Avqustda təqdim olunması gözlənilir. 600 dollarlıq bir qiymət etiketiylə rəqibləri arasında diqqət çəkəcək olan yeni telefon, maraqla gözlənilməyə davam edilir.
Şərh yoxdur