main-post-cover

    Nokia brendi Nokia 5310 XpressMusic-in yeni versiyasını təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    20.03.2020
    Emil Nəcəfov
        Nokia brendi keçmişdə məşhur olmuş daha bir mobil telefonunun yeni versiyasını təqdim edib. Söhbət, Nokia 5310-dan gedir. 2007-ci ildə satışa çıxmış orijinal Nokia 5310 telefonu XpressMusic seriyasına daxil idi və cavan insanlar üçün nəzərdə tutulmuş dizayn ilə musiqi idarəetməsi düymələrini özündə birləşdirirdi. Bu cür özəllikləri yenilənmiş Nokia 5310 modeli də özündə qoruyub saxlayıb. Nokia 5310 (2020) telefonu rəngli 2.4 düym ekrana və fiziki klaviaturaya sahib standart telefon qismində çıxış edir.
        Ekranın kənar hissələrində musiqi idarəetməsi və səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələr yerləşdirilib. Sözügedən telefon daha çox musiqi dinləmək üçün nəzərdə tutulduğuna görə o, çox güclü ön səsgücləndiricilər ilə təchiz olunub. Əsas texniki özəlliklərə gəldikdə isə Nokia 5310 (2020) telefonu MediaTek MT6260A prosessoru, 8 MB RAM, 16 MB daxili yaddaş həcmi (32 GB-a kimi microSD dəstəkli), VGA kamera, 1200 mAh enerji tutumlu batareya, micro-USB girişi, 3.5 mm-lik audiogiriş və iki SIM kart girişi ilə təchiz olunub.
        İstifadəçi istədiyi musiqiləri 32 GB-lıq microSD karta yükləyərək dinləyə bilər. Bununla yanaşı telefonda olan FM Radio naqilsiz rejimdə də çalışa bilir. Şirkətin verdiyi məlumata əsasən 1200 mAh-lıq batareya sayəsində telefon 22 saat ərzində avtonom rejimdə çalışa bilir. Nokia 5310 (2020) telefonu bu ilin ikinci rübündə 39 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala