
Nothing şirkəti ilk smart saatını hazırlamağa başlayıb
Elm & Texnologiya
21.06.2023
Emil
Nothing şirkəti hal hazırda yalnız smartfonların və naqilsiz qulaqlıqların hazırlanması ilə məşğuldur. Lakin görünür, şirkət artıq öz ilk smart saatını hazırlamağa başlayıb. Belə ki, şirkətin ilk smart saatı Hindistanın BIS adlı tənzimləyici orqanının məlumatlar bazasında ortaya çıxıb. Sözügedən tənzimləyici orqanın məlumatlar bazasında smart saat D395 kataloq nömrəsi ilə smart saatlar kateqoriyasında yerləşdirilib. Təəssüflər olsun ki, Nothing-in ilk smart saatının texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, şirkətin ilk smart saatı Nothing Phone (1) smartfonunda və naqilsiz qulaqlıqlarında olan şəffaf gövdə dizaynını əldə edəcək.
Paylaş
Bənzər xəbərlər