Logo
    main-post-cover

    Növbəti Apple Watch smart saatları daha güclü prosessora sahib olacaqlar

    Elm & Texnologiya
    10.05.2023
    Emil
        Gələn ay baş tutacaq WWDC 2023 konfransı çərçivəsində watchOS 10 əməliyyat sisteminin təqdim ediləcəyi münasibətilə internetdə növbəti Apple Watch barəsində məlumatlar ortaya çıxıb. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple Watch 9 smart saatı iPhone 13 ilə iPhone 14-də istifadə edilən A15 Bionic prosessoru əsasında hazırlanmış yeni prosessor ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, daha öncəki 3 nəsil Apple Watch modelləri 2 nüvəli 64 bit-lik prosessor ilə təchiz olunurdular. Həmin prosessorların sadəcə olaraq adları fərqlənirdi.
        Apple Watch Series 6-da S6 adlı prosessordan, Series 7-də S7 adlı prosessordan, keçən ilki Apple Watch Ultra ilə Series 8-də isə S8 adlı prosessordan istifadə edilib. Bununla belə Apple Watch Series 7 ilə Series 8 arasındakı performans fərqini açıqlamamışdı. İndi isə şirkət Watch Series 9-un lazımi şəkildə təkmilləşdirilməsini planlaşdırır. Yeni smart saatlarda olacaq prosessorun iPhone-lardakı prosessorlardan nə dərəcədə fərqlənəcəyi aydın deyil. Çox güman ki, Watch Series 9-da böyük resurs tələbatına sahib yeni funksiyaların olacağı səbəbilə Apple yeni smart saatlara daha güclü prosessoru quraşdırmaq qərarına gəlib.
    Paylaş
    Bənzər xəbərlər