Növbəti nəsil NFC texnologiyası hazırlanır
Elm & Texnologiya
05.07.2024
Emil Nəcəfov
Özündə Apple, Google və Qualcomm kimi nümayəndə şirkətləri birləşdirən NFC Forum təşkilatı növbəti nəsil NFC texnologiyası üzərində çalışır. Məlumata əsasən növbəti NFC texnologiyası daha geniş imkanları təqdim edəcək. Məlumatda qeyd edilib ki, növbəti NFC texnologiyasının əsas özəlliklərindən biri Multi-Purpose Tap adlı funksiya olacaq. Bu funksiya bir toxunuşla daha çox məlumatın ötürülməsini təmin edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bu və ya digər cihazın NFC üzərindən toxunuşu nəticəsində bir neçə əməliyyati yerinə yetirmək mümkün olacaq. Bu cür əməliyyatlara misal olaraq mobil ödənişlərin yerinə yetirilməsini, müəyyən məhsulların alışı zamanı alıcının yaşının təyin olunmasını və rəqəmsal çeklərin təqdim edilməsini gətirmək olar. Bununla yanaşı loyallıq proqramına sahib mağazalar öz alıcılarına alış-veriş bonuslarını avtomatik şəkildə köçürə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib
ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib
ABŞ-ın Miçiqan ştatında ölkənin ilk smart avtomobil yolu layihəsinin reallaşdırılmasına start verilib.
ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb (VİDEO)
ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb (VİDEO)
Massaçusets Texnologiya Institutunun tədqiqatçıları pasientlər ilə birlikdə bionik ayaq biləyi protezini yaradıb və test ediblər.
Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Endiatx adlı şirkət dərman kapsulu formasında olan PillBot adlı robotun insanlar üzərində klinik testlərinə start verib.
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir.
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yaponiyanın Obayashi adlı şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. Nəzərdə tutulan kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!