
NVIDIA GeForce RTX 4070 videokartı təqdim olunub - QİYMƏTİ
Elm & Texnologiya
12.04.2023
Emil
NVIDIA şirkəti Ada Lovelace nəslinin yeni videokartı olan GeForce RTX 4070-i təqdim edib. Təqdim edilmiş bu yeni videokart performans göstəriciləri baxımından GeForce RTX 3080-nin analoqodur. RTX 4070 videokartı TSMC şirkətinin 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə AD104 GPU çipini birləşdirir. Videokart 38 milyard tranzistora sahibdir. Onun enerji sərfiyyatı isə 200 vatt təşkil edir. Videokartın GPU tezliyi standart rejimdə 1.92 GHz, Boost rejimində isə 2.475 GHz təşkil edir.
Videokart özündə GDDR6X standartlı 12 GB video yaddaşı birləşdirir. Onun məlumatları maksimal ötürmə sürəti isə saniyədə 504.2 GB-dır. RTX 4070 videokartı 5888 ədəd CUDA nüvəsi, 184 ədəd tenzor nüvəsi və 46 ədəd ray tracing nüvəsi əldə edib. Bu yeni videokart ilk növbədə 1440p formatlı kompüter oyunları üçün nəzərdə tutulub. Videokartda həmçinin DLSS 3.0 dəstəyi mövcuddur. RTX 4070 artıq sabah satışa çıxacaq və 600$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər