
OLED ekrana sahib yeni iPad Pro-ların istehsalına gələn ilin əvvəlində start veriləcək
Elm & Texnologiya
10.07.2023
Emil
Verilmiş yeni məlumata əsasən Apple şirkəti iPad Pro planşetlərini OLED ekranlara köçürəcək və bu, gələn il baş tutacaq. Məlumatda qeyd edilib ki, OLED ekrana sahib iPad Pro-ların kütləvi istehsalına gələn ilin əvvəlində start veriləcək. Bu əslində çox məntiqli səslənir. Çünki hər yeni iPad Pro modeli 1.5 ildən bir təqdim olunur. Hal hazırda aktual olan iPad Pro modeli keçən ilin oktyabr ayında satışa çıxmışdı. Buna görə də OLED ekrana sahib yeni iPad Pro-nun 2024-cü ilin əvvəlində satışa çıxması məntiqli səslənir.
Gözləntilərə əsasən yeni iPad modellərində ekran ölçüləri 11.1 düym və 13 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPad Pro modellərində ekran ölçüləri 11 düym və 12.9 düym təşkil edir. Yeni iPad Pro modellərində OLED ekranlar istifadə olunacağı üçün həmin ekranların qalınlıqlarını azaltmaq mümkün olacaq. OLED ekranların üstünlükləri arasında həmçinin yüksək parlaqlıq səviyyəsi və aşağı enerji sərfiyyatı var.
Paylaş
Bənzər xəbərlər