main-post-cover

    OnePlus 6T'nin qiyməti aşağı düşdü: OnePlus 7-nin təqdimatı artıq çox yaxın

    Elm & Texnologiya
    08.04.2019
    Emil Nəcəfov
        OnePlus şirkti özünün sonuncu flaqman smartfon modeli olan OnePlus 6T-nin Çində qiymətini aşağı salıb. Bu barədə Gagadget saytı xəbər verib. Hal hazırda OnePlus 6T modeli 450$-a satılır. Müqayisə üçün qeyd etmək lazımdır ki, daha öncə 6 GB RAM və 128 GB daxili yaddaş həcminə sahib OnePlus 6T 520$-a satılırdı. OnePlus 6T-nin qiymətinin aşağı düşməsi isə şirkətin OnePlus 7 flaqman smartfonunun təqdimatına hazırlaşması deməkdir.
        Çox güman ki, smartfon artıq gələn ay təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 7 Full hD+ keyfiyyətli 6.5 düym OLED ekran (ekran üzərində heç bir çıxıntı hissə olmadan), Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, üçlü arxa kamera, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş ikili ön kamera və sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyası smartfon ekranına inteqrasiya edilə bilər.
    Linki kopyala