OnePlus 7 flaqman smartfonunun təqdimat tarixi barəsində məlumat ortaya çıxdı

15.04.2019 0 PAYLAŞIM 97 OXUNMA

    Görünür, OnePlus şirkəti özünün yeni flaqman smartfon modelləri olacaq OnePlus 7 ilə OnePlus 7 Pro-nun təqdimat tarixlərini müəyyənləşdirib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məşhur hindistanlı insayder Ishan Agarwal-ın verdiyi məlumata əsasən yeni smartfon modellərinin təqdimatı 1 aydan sonra baş tutacaq. Yəni 14 may tarixində. OnePlus şirkəti isə hələki bu məlumatı təsdiqləməyib.


    Qeyd etmək lazımdır ki, bu il OnePlus şirkətinin 3 ədəd OnePlus smartfon modelini təqdim edəcəyi gözlənilir: OnePlus 7, OnePlus 7 Pro və OnePlus 7 Pro 5G. Dəqiq məlum olan odur ki, smartfonlar Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, üçlü arxa kamera və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə inteqrasiya ediləcək ön kamera ilə təchiz olunacaqlar. Yeni OnePlus smartfonunun şüarı isə "Go Beyond Speed"-dir.


    Qeyd etmək lazımdır ki, şirkət özünün 5G dəstəkli smartfon modelinin prototipini hələ fevral ayının sonunda keçirilmiş MWC 2019 sərgisində təqdim etmişdi. Bir neçə müddət bundan öncə isə onun fotoları ortaya çıxmışdı. Çox güman ki, 5G dəstəkli OnePlus smartfonu bir qədər sonra (iyun ayında) satışa çıxsın.