main-post-cover

    OnePlus 7 ilə OnePlus 7 Pro artıq Aliexpress'də qiymət göstəriciləri ilə ortaya çıxıblar

    Elm & Texnologiya
    06.05.2019
    Emil Nəcəfov
        OnePlus şirkəti özünün yeni OnePlus 7 flaqman smartfon seriyasını təqdim etməyib, lakin yeni smartfonlar artıq Çinin Aliexpress ticarət saytında ortaya çıxıblar. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə standart model olacaq OnePlus 7 smartfonu 4 versiyaya sahibdir: 6 GB RAM və 128 GB daxili yaddaş həcmi, 6 GB RAM və 256 GB daxili yaddaş həcmi, 8 GB RAM və 128 GB daxili yaddaş həcmi, 8 GB RAM və 256 GB daxili yaddaş həcmi. OnePlus 7 694-850$ qiymətinə sahibdir. OnePlus 7 Pro modeli də həmin versiyalarda satılır və onun qiyməti 735$-dan başlayır və 865$-a kimi davam edir.

        Aliexpress saytında sözügedən smartfon modellərini artıq ön sifariş etmək mümkündür. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən OnePlus 7 Pro modeli QHD+ keyfiyyətli 6.7 düym ekran, Snapdragon 855 prosessoru, üçlü arxa kamera, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş ön kamera və 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        OnePlus 7 modelinə gəldikdə isə o, FHD+ keyfiyyətli 6.4 düym ekran (ekran üzərində çıxıntı hissəli), Snapdragon 855 prosessoru, ikili arxa kamera və 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Hər iki smartfon modeli sudan və tozdan qorunma standartına sahib olacaq. Lakin bu, IP standart olmayacaq. Yeni smartfonlar 14 may tarixində təqdim olunacaqlar.
    Linki kopyala