main-post-cover

    OnePlus 7-nin rəsmi press-render fotoları təqdim olundu

    Elm & Texnologiya
    07.05.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə internetdə OnePlus 7 Pro smartfonunun rəsmi press-render fotoları ortaya çıxmışdı. İndi isə məşhur insayder Roland Quandt adi OnePlus 7 modelinin rəsmi press-render fotolarını təqdim edib. Bu barədə Winfuture saytına istinadən Gagadget saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi adi OnePlus 7 modeli xarici görünüşcə keçən ilki OnePlus 6T modelinə bənzəyir.

        Belə ki, keçən ilki model kimi yeni model də şüşə materialdan hazırlanmış gövdə, genişformatlı ekran, ekran üzərində damcı formalı çıxıntı hissə və ikili arxa kamera əldə edəcək. Keçən ilki modeldən yeni OnePlus 7-ni sadəcə olaraq ekran ətrafındakı nazik çərçivələr və arxa paneldə LED işıqlandırma sisteminin yerləşmə tərzidir. Belə ki, yeni modeldə LED işqlandırma sistemi kameralar ilə eyni sırada birləşmiş formada yerləşdirilib.

        Son məlumat sızıntılarına əsasən OnePlus 7 modeli 2340x1080 piksel keyfiyyətli 6.4 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 6/8 GB RAM, 48 MP + 5 MP ikili arxa kamera və 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 7 14 may tarixində təqdim olunacaq. Onun qiymətinin 650$-dan başlayacağı güman edilir. Həmçinin təqdimat tədbirində OnePlus 7 Pro OnePlus 7 Pro 5G smartfon modelləri də təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər