
OnePlus Buds 3 naqilsiz qulaqlığı təqdimata hazırlaşır
Elm & Texnologiya
21.11.2023
Emil
İnternetdə ortaya çıxmış yeni məlumata əsasən OnePlus şirkəti OnePlus Buds 3 adlı yeni naqilsiz qulaqlığın təqdimatına hazırlaşır. Sözügedən yeni naqilsiz qulaqlığın sxematik fotoları həmçinin BIS adlı sertifikatlaşdırma mərkəzinin və ABŞ Federal Rabitə Komissiyasının məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, OnePlus Buds 3-ün təqdimatı artıq çox yaxındır.

Çox güman ki, bu yeni naqilsiz qulaqlıq 4 dekabr tarixində OnePlus 12 flaqman smartfonu ilə birlikdə təqdim olunacaq. Məlumata əsasən qulaqlıqlardan hər biri 58 mAh, şarj keysinin özü isə 520 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı məlumdur ki, OnePlus Buds 3 xarici görünüşcə OnePlus Buds 2-yə bənzəyəcək. Qulaqlıqlar vakuum konstruksiyasını əldə edəcəklər və IP55 standartı üzrə sudan qorunacaqlar. Şarj keysinin özü isə IPX4 standartı üzrə sudan qorunacaq.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
